“Aset Maliyyə Texnologiyaları” BOKT ötən il zərər edib

“Aset Maliyyə Texnologiyaları” BOKT ötən il zərər edib
# 09 iyun 2023 13:21 (UTC +04:00)

“Aset Maliyyə Texnologiyaları” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Aset Maliyyə Texnologiyaları” 80 min 678 manat xalis zərər açıqlayıb.

Hesabat dövründə cəmi 83,8 min manat kredit verərək 3.4 min manat faiz gəliri əldə edib. Digər gəlirləri 1.7 min manat olan təşkilatın, cəmi xərcləri isə 85.8 min manat təşkil edib. Beləliklə təşkilatın ümumi xərcləri gəlirlərini üstələdiyindən zərərlə üzləşib.

2022-ci ildə təşkilatın cəmi aktivləri 387,7 min manata, cəmi öhdəlikləri isə 171.5 min manata bərabər olub.

Nizamnamə kapitalı 300 min manat olan “Aset Maliyyə Texnologiyaları”nın yığılmış zərəri 83.7 min manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR