"Atasığorta" şirkətinə yeni sədr təyin edilib

"Atasığorta" şirkətinə yeni sədr təyin edilib
# 20 sentyabr 2022 11:02 (UTC +04:00)

"AtaSığorta" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

Bu barədə "APA-Economics"ə sığorta şirkətindən bildirilib. Məlumata görə, səhmdarların qərarı ilə İdarə Heyətinin sədr müavini Xətai İsmayılov şirkətin yeni sədri seçilib.

Qeyd edək ki, İH-nin keçmiş sədri Orxan Məmmədov şirkətdən ayrıldıqdan sonra onun vəzifəsinin müvəqqəti icrası X.İsmayılova tapşırılmışdı.

Xatırladaq ki, X.İsmayılov 2011-ci ildən “AtaSığorta”da müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildə Hüquq departamentinin direktoru, 2021-ci ildə isə şirkətin İdarə Heyəti sədrinin müavini təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR