Avropa Bankı Gəncənin işıqlandırılması üçün ayırdığı krediti təsdiq edib

Avropa Bankı Gəncənin işıqlandırılması üçün ayırdığı krediti təsdiq edib
# 31 may 2022 16:22 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncə şəhərinin işıqlandırılması ilə bağlı layihəyə ayırılan krediti təsdiq edib.

APA-Economics” bu barədə EBRD-yə istinadən xəbər verir. Məlumata görə, EBRD Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinə ümumi dəyəri 15 milyon avro olan layihə üzrə 12,5 milyon avro məbləğində dövlət krediti ayırıb.

Bankın bu layihəyə ayırdığı kredit 10 milyon avro, beynəlxalq donorun ayırdığı qrant isə 2,5 milyon avro təşkil edib.

Qeyd edək ki, kredit məbləği və kapital qrant vəsaitləri Gəncə şəhərinin seçilmiş küçələrində işıq şəbəkələrinin modernləşdirilməsi, o cümlədən LED işıqlarının, avtomatlaşdırılmış idarəetmə və nəzarət sistemlərinin qurulması, eləcə də işıq dirəkləri və elektrik kabellərinin dəyişdirilməsi üçün istifadə olunacaq.

Layihənin məqsədi şəhərdə küçə işıqları infrastrukturunun yaxşılaşdırılması hesabına enerjiyə ciddi qənaətə nail olmaqdır. Layihə həmçinin, küçə işıqlarının istismarının və texniki xidmət xərclərinin optimallaşdırılmasına, habelə CO2 emissiyalarının qarşısının alınmasına, bununla da xidmət keyfiyyətinin, ətraf mühit, sağlamlıq və texniki təhlükəsizlik standartlarının yaxşılaşdırılmasına imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR