Avtomobillərin icbari sığortası üzrə zərərlilik göstəricisi artıb

Avtomobillərin icbari sığortası üzrə zərərlilik göstəricisi artıb
# 23 aprel 2022 14:05 (UTC +04:00)

2022-ci ilin birinci rübündə Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (NSMMİS) üzrə yığımlar 4,2% artaraq 21,705 milyon manata yüksəlib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu rəqəm 20,825 milyon manat təşkil edib.

Hesabat dövründə sığorta şirkətlərinin bu növ üzrə ödənişləri 37,2% artaraq 20,291 milyon manata bərabər olub. Halbuki, 2021-ci ilin eyni dövründə NSMMİS üzrə ödənişlərin ümumi həcmi 14,790 milyon manat təşkil etmişdi.

Nəticədə, avtomobillərin icbari sığortası üzrə zərərlilik göstəricisi xeyli artıb. Belə ki, ötən ilin ilk üç ayında toplanan hər 100 manatın 71 manatı ödənişə yönəldilmişdirsə, 2022-ci ilin yanvar-mart ayında bu rəqəm 93 manatdan çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR