Avtomobillərin sığortasını yeniləmək olmur - İSB-nin sistemində problem

Avtomobillərin sığortasını yeniləmək olmur - İSB-nin sistemində problem
# 21 aprel 2022 13:26 (UTC +04:00)

İcbari Sığorta Bürosunun (İSB) sistemində problem yaranıb. Ötən gündən etibarən avtomobillərin icbari sığortasını həyata keçirmək mümkün deyil.

Bunu sığorta agenti Şahin İsmayılov da "APA-Economics"ə təsdiqləyib: "Avtomobil sahibi FİN kodunu daxil edərkən, İSB-nin sistemində müştərilərə aid data görünməlidir, daha sonra sığorta haqqı hesablanmalıdır. Amma FİN kod daxil etdikdən sonra sistemdə müvafiq məlumatlar çıxmır" - deyə, sığorta agenti qeyd edib. Ş.İsmayılovun sözlərinə görə, məsələ ilə bağlı İSB-dən bildirilib ki, problem aradan qaldırılacaq.

İSB-dən "APA-Economics"ə bildirilib ki, sistemin təkmilləşdirilməsi ilə əlaqədar mütəmadi tədbirlər həyata keçirilir. Büronun sistemi işlək vəziyyətdədir və gündəlik iş rejimində fəaliyyətini davam etdirir.

Büronun sisteminə haker hücumları ilə bağlı yayılan məlumatlara gəlincə, qurumdan bildirilib ki, məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR