Azərbaycana MDB ölkələrindən məhsul idxalı 51% artıb

Azərbaycana MDB ölkələrindən məhsul idxalı 51% artıb
# 31 yanvar 2023 15:25 (UTC +04:00)

2022-ci ildə Azərbaycana MDB ölkələrindən 4 mlrd. 413.77 mln. dollar dəyərində məhsul idxal olunub.

“Apa-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2021-ci illə müqayisədə 50.8% və ya 1 mlrd. 487.2 mln. dollar çoxdur. Xatırladaq ki,2021-ci ildə Azərbaycana MDB ölkələrindən idxalın həcmi 2 mlrd. 926.57 mln. dollar olub.

Qeyd edək ki, ötən il MDB ölkələrindən idxal olunan məhsulun həcmi Azərbaycana ümumi idxalın 30.36%-ni təşkil edib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR