Azərbaycanda əcnəbilərin bank kartları ilə xərcləmələri 1,5 mlrd. manata çatıb

Azərbaycanda əcnəbilərin bank kartları ilə xərcləmələri 1,5 mlrd. manata çatıb
# 30 sentyabr 2022 11:29 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 1,5 mlrd. manat təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artıb.
Bu ilin avqust ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 214,6 mln. manatlıq əməliyyatlar aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR