Azərbaycanda Fintex sektoruna 210 milyard dollar məbləğində investisiya ayrılıb

Azərbaycanda Fintex sektoruna 210 milyard dollar məbləğində investisiya ayrılıb
# 16 iyun 2022 12:15 (UTC +04:00)

Azərbaycanda FİNTEX sektoruna 210 milyard vəsait ayrılıb ki, bunun da 4/1 hissəsi, 51.7 milyard dolları "e-tec" ödəniş sisteminin payına düşür.

APA-Economics” xəbər verir ki, bunu FİNTEX-in idarə heyətinin sədri Ruslan Talıbov deyib. Bildirib ki, qlobal inovasiya indeksinə baxanda Azərbaycan 132 ölkə arasında 80-ci yeri tutur: "Həyatın rəqəmsal indeksi üzrə isə 110 ölkə arasında 70- ci yerdə qərarlaşıb. Ancaq bu sahədə ölkəmizdə inkişaf hiss olunmaqdadır”.

Ruslan Talıbov əlavə edib ki, ilkin təhlillərə görə, Azərbaycanda 20-dən çox FİNTEC təşkilatı fəaliyyət göstərir. Bunların əksər hissəsi ödəniş, aqreqator və xidmətlərin satışı sahəsi ilə məşğuldurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR