Azərbaycanda inflyasiya səviyyəsi açıqlanıb

Azərbaycanda inflyasiya səviyyəsi açıqlanıb
# 12 sentyabr 2022 12:10 (UTC +04:00)

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 13,2 % təşkil edib.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,9 %, qeyri-ərzaq məhsulları 7,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10 % bahalaşıb.

Bu ilin avqust ayında inflyasiya iyul ayına nisbətən 0,9 %, ötən ilin avqust ayı ilə müqayisədə isə 14,2 % olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR