Azərbaycanda pul kütləsinin həcmi 34,911 mlrd. manata çatıb - Rekord

Azərbaycanda pul kütləsinin həcmi 34,911 mlrd. manata çatıb - Rekord
# 22 aprel 2022 12:15 (UTC +04:00)

Bu ilin aprelin 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 34,911 mlrd. manat təşkil edib. Bu, yeni tarixi rekorddur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, təkcə mart ayında bu göstərici 3% artıb. İllik müqayisədə isə M3 19,2% artım göstərib.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi həcmi 7,4% artacaq.

Geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır, bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədi güdür.

İqtisadiyyatda pul kütləsi artdıqca, bizneslərin maliyyəyə çıxışı asanlaşır və iqtisadiyyatın böyümə meylləri çoxalır. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR