Azərbaycanda verilən kreditlərin 76%-i Bakının payına düşüb

Azərbaycanda verilən kreditlərin 76%-i Bakının payına düşüb
# 31 mart 2023 15:37 (UTC +04:00)

2023-cü il mart ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 19 mlrd. 757 mln. 430 min manat təşkil edib ki, bunun da 76.4%-i və ya 15 mlrd. 104 mln. 50 min manatı Bakı şəhərinin payına düşüb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.8% və ya 1 mlrd. 710 mln. 380 min manat artıb. 2022-ci ilin mart ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 13 mlrd. 393 mln. 669 min manat olub.

Qeyd edək ki, Bakıya kredit qoyuluşlarının 11 mlrd. 337 mln. 103 min manatı milli valyutada, 3 mlrd. 776 mln. 946 min manatı isə sərbəst dönərli valyutada verilib. Milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi 12.77%, sərbəst dönərli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 4.75% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR