Azərbaycanın Braziliyaya ixracı kəskin artıb

Azərbaycanın Braziliyaya ixracı kəskin artıb
# 03 yanvar 2022 11:39 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Braziliya arasında ticarət dövriyyəsinin həcmi 241,613 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 70,900 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 14 dəfə çoxdur. İdxal isə 170,713 mln. dollara bərabər olub ki, bu da illik ifadədə 2,4 dəfə çoxdur.

Nəticədə, 2021-ci ilin ilk on bir ayında 99,813 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 48,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR