Azərbaycanın dövlət büdcəsinin profisiti son bir ildə 5 dəfədən çox azalıb

Azərbaycanın dövlət büdcəsinin profisiti son bir ildə 5 dəfədən çox azalıb
# 16 sentyabr 2019 12:27 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14 810,3 mln. manat, xərcləri isə 14 712,1 mln. manat təşkil edib. Büdcənin icrasında 98,2 mln. manatlıq və ya ÜDM-in 0,2%-i qədər profisit yaranıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 780,6 mln. manat və ya 5,6%, xərcləri 1 1226,4 mln. manat və ya 9,1% artıb. Büdcənin icrasında yaranmış profisit illik müqayisədə 5,5 dəfə azalıb.

Qeyd edək ki, cari ilin ilk yeddi ayında büdcənin icrasında 576,2 mln. manatlıq (ÜDM-in 1,3%-i qədər) kəsir yaranmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR