Azərbaycanın Türkiyə ilə ticarətinin həcmi 4 mlrd. dolları ötüb

Azərbaycanın Türkiyə ilə ticarətinin həcmi 4 mlrd. dolları ötüb
# 21 dekabr 2021 11:48 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,181 mlrd. ABŞ dollar təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 6,9% artıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 2,530 mlrd. dollar, idxal isə 1,652 mlrd. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 0,9%, idxal isə 17,7% artıb.

Nəticədə, 2021-ci ilin yanvar-noyabr aylarında 877,837 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 20,4% azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR