Azərbaycanın xalis maliyyə aktivləri artıb

Azərbaycanın xalis maliyyə aktivləri artıb
# 15 sentyabr 2022 16:48 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında ölkənin xalis maliyyə aktivləri 3 376.3 mln. ABŞ dolları artıb.

APA-Economics” Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilən birbaşa investisiyalar (62.8 mln. dollar), portfel investisiyaları (280.5 mln. dollar) və digər investisiyalar (3 033 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 1 921.8 mln. dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (-2 035.7 mln. dollar), neft bonusu (452.2 mln. dollar), portfel investisiyaları (-153.4 mln. dollar) və digər investisiyalar (-184.9 mln. dollar) hesabına formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR