“Azkredit” BOKT-un kapitalı və xalis mənfəəti azalıb - HESABAT

“Azkredit” BOKT-un kapitalı və xalis mənfəəti azalıb - HESABAT
# 01 iyun 2023 12:16 (UTC +04:00)

“Azkredit” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Azkredit”in xalis mənfəəti 2021-ci illə müqayisədə 0.8% azalaraq 1 milyon 320.4 min manata bərabər olub. 2021-ci ildə təşkilat 1 milyon 330.6 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə təşkilat müştərilərə 971,6 min manat (illik müqayisədə 7.5 dəfə çox) kredit verərək 109 min manat faiz gəliri əldə edib. Eyni dövrdə təşkilatın digər xalis gəlirləri 2 milyon 960.3 min manat( illik müqayisədə 2.6% çox), əməliyyat mənfəəti isə 1 milyon 650,5 min manat(illik müqayisədə 0.8% az) olub.

Qeyd edək ki, təşkilatın digər xalis gəlirlərinin 3 milyon manata yaxın olmasının səbəbi 2019-cu ildə ləğv prosesində olan “Vijn Fond AzərKredit”in kredit portfelini satın alması olub. Belə ki, təşkilat satın aldığı kredit portfelində ümüdsüz kreditlərin yığımını həyata keçirir. Bunun nəticəsində təşkilat 2021-ci ildə 2 milyon 886.4 min manat, 2022-ci ildə isə 2 milyon 960,3 min manat xalis gəlir əldə edib.

Ötən il “Azkredit” BOKT kiçilib. Belə ki, 2022-ci ildə təşkilatın cəmi aktivləri 5% azalaraq 1 milyon 880,4 min manat, cəmi öhdəlikləri isə 16.2% azalaraq 325.5 min manat təşkil edib.

2023-cü il yanvar ayının 1-nə təşkilatın cəmi kapitalı 1 milyon 554.8 min manata bərabər olub ki, bu da illik müqayisədə 2,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR