“Bank Avrasiya”nın maliyyə vəziyyəti məlum olub

“Bank Avrasiya”nın maliyyə vəziyyəti məlum olub
# 25 yanvar 2023 16:41 (UTC +04:00)

“Bank Avrasiya” ötən il üzrə maliyyə göstəricilərini açıqlayıb.

“Apa-Economics” bankin maliyyə hesabatına əsasən xəbər verir ki, “Bank Avrasiya ” 2022-ci ili 1 mln. 815 min manat xalis mənfəətlə başa vurub. Bu isə 2021-ci ilə nisbətən 2.3 dəfə və ya 1 mln. 22 min manat çoxdur. Belə ki, bank 2021-ci ildə 792 min manat xalis mənfəət açıqlamışdı.

Hesabat dövründə bankin faiz gəlirləri 12 mln. 752 min manat (2021-ci ildən 8.8% çox), faiz xərcləri 2 mln. 183 min manat (2021-ci ildən 17.8 % çox), xalis faiz gəlirləri isə 10 mln. 569 min manat (2021-ci ildən 7.2% çox) təşkil edib.

Ümumilikdə bankın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 310 min manat artaraq 6 mln 400 min manata bərabər olub.

Ötən il bankın kredit portfeli (müştərilərə verilmiş kredit) 125 mln. 352 min olub ki, bununda 66.9 mln. manatını biznes kreditləri, 49 mln. 574 min manatını daşınmaz əmlak kreditləri, 8 mln. 876 min manatını isə istehlak kreditləri təşkil edib. 2021-ci ilə nəzərən bankın kredit portfeli 9.7% və ya 11 mln. 130 min manat artıb.

2022-ci ildə bankda hüquqi (12 mln. 628 min) və fiziki şəxslərin (67 mln. 71 min) depozitlərinin cəmi 79 mln. 699 min manat təşkil edib. 2021-ci illə müqayisədə bankın depozitləri 59% və ya 29 mln. 630 min manat artıb.

“Bank Avrasiya”nın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri hesabat dövründə 2021-ci ilə nisbətən 24 mln. 571 min manat manat artaraq 69 mln. 292 min manat olub.

Bu il yanvar ayının 1-nə “Bank Avrasiya”nın cəmi aktivləri 56 mln. 863 min. manat artaraq 224 mln. 268 min manata bərabər olub. Bankın öhdəlikləri isə 54 mln. 760 min manat artaraq 150 mln. 460 min manata yüksəlib. 31 dekabr 2022-ci il tarixinə bankın cəmi kapitalı isə 2 mln. 63 min manat artaraq 73 mln. 806 min manat təşkil edib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR