"Bank BTB" mənfəətdən zərərə keçib

"Bank BTB" mənfəətdən zərərə keçib
# 27 oktyabr 2022 12:05 (UTC +04:00)

"Bank BTB" ASC 2022-ci ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Bu dövr üzrə bank mənfəətdən zərərə keçib.

"APA-Economics" hesabata istinadən xəbər verir ki, bank 2022-ci ilin doqquz ayını 5 milyon 174 min manat xalis zərərlə başa vurub. Halbuki, 2021-ci ilin doqquz ayında "Bank BTB" 1 milyon 174 min manat xalis mənfəət əldə etmişdi.

Üçüncü rübün nəticələrinə görə bankın faiz gəlirləri ötən rüblə müqayisədə 49% artaraq 19 milyon 861.17 min manat, faiz xərcləri 12 milyon 731.42 min manat, qeyri-faiz gəlirləri 44% artaraq 3 milyon 890.5 min, qeyri-faiz xərcləri 10 milyon 861.28 min olub. Bununla da əməliyyat mənfəəti 115% artaraq 158.97 min manat təşkil edib.

Bu dövrdə bankın depozit portfeli 137 milyon 354.15 min manat təşkil edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.

Hesabat dövrü üzrə "Bank BTB" tərəfindən 30 milyon 444.07 min manat kredit verilib. Ümumi satışın 10%-ni ARİKZF hesabına verilən ipoteka kreditləri, 44%-ni istehlak kreditləri, 46 %-ni sahibkarlıq subyektlərinə verilən kreditlər təşkil edib. Bununla da kredit portfeli 1% artaraq 254 milyon 161.39 min manat təşkil edib.

Bank mümkün zərərlər üzrə xüsusi ehtiyatlara ayırmaları kəskin artıraraq 5 milyon 872.55 min manata çatdırıb. Bu isə bankın bu ilin doqquz ayı mənfəətlə deyil, zərərlə başa vurmasına təsir edib.

Bu ilin oktyabrın 1-nə bankın cəmi aktivləri 0,2% azalaraq 361 milyon 438.35 min manat, cəmi öhdəlikləri isə 1,6% artaraq 312 milyon 120 min manat, məcmu kapitalı 8,2% artaraq 53 milyon 67 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR