Bank səhmdarları növbədənkənar toplaşacaq

Bank səhmdarları növbədənkənar toplaşacaq
# 02 dekabr 2022 09:56 (UTC +04:00)

“Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclası keçiriləcək.

"APA-Economics" Banka istinadən xəbər verir ki, iclas 16 yanvar 2023-cü il tarixində baş tutacaq. Bildirilib ki, iclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.

Qeyd edək ki, “Bank of Baku”nun səhmlərinin 35%-i “NAB Holding”ə, 31,11%-i Hikmət İsmayılova, 28,89%-i “Azpetrol Neft Şirkəti” MMC-yə və 5%-i Elçin İsayevə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR