Banklar dollar alışını 18%-ə yaxın azaldıb - Valyuta hərracı

Banklar dollar alışını 18%-ə yaxın azaldıb - Valyuta hərracı
# 06 oktyabr 2022 12:52 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 30,5 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (4 oktyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 17,7% və ya 6,6 mln. ABŞ dolları azalıb.

Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 37,1 ABŞ dolları təşkil etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR