BFB-də Mərkəzi Bankın 200 mln. manatlıq notları yerləşdirilib

BFB-də Mərkəzi Bankın 200 mln. manatlıq notları yerləşdirilib
  • Clock-gray 17:21
  • calendar-gray 21 Avqust 2019

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101776S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 16 investor tərəfindən qiyməti 99,5158 AZN (6,26%) olan 28 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 617 588 900.00 AZN olub.

Qeyd edək ki, AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 AZN (6,26%), orta ölçülmüş qiyməti 99,5158 AZN (6,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 18 sentyabr 2019-cu ildir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date