Bu il Azərbaycan Rusiyaya ixracı 15%-dək artırıb

Bu il Azərbaycan Rusiyaya ixracı 15%-dək artırıb
# 20 aprel 2022 15:47 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycanın Rusiya ilə apardığı ticarət mübadiləsinin həcmi 631,373 mln. ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 7,9% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Rusiyaya ixracın həcmi 155,181 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,7% çoxdur. İdxal isə illik müqayisədə 5,9% artaraq 476,192 mln. dollar təşkil edib.

Nəticədə, 2022-ci ilin yanvar-mart aylarında 321 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 2,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR