Daha bir bank ilə mənfəətlə başlayıb

Daha bir bank ilə mənfəətlə başlayıb
# 25 aprel 2022 15:33 (UTC +04:00)

“Muğanbank” ASC 2022-ci ilin ilk rübünü 3 milyon 16 min manat xalis mənfəətlə başa vurub.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu göstərici keçən ilin müvafiq dövrunə nisbətən təminən 1,9 dəfə çoxdur. Xalis mənfəətin artması bankın gəlirlərinin artmasından qaynaqlanır.

2021-ci ilin ilk rübündə "Muğanbank"ın faiz gəlirləri 6 milyon 305 min manat ikən, 2022-ci ilin ilk rübündə 9 milyon 19 min manat təşkil edib (2 milyon 714 min manat və ya 43 % artıb). Bankın qeyri-faiz gəlirləri isə 9 milyon 295 min manatdan 11 milyon 52 min manata yüksəlib (1 milyon 757 min manat və ya 19% artıb ).
2022-ci ilin yanvar-mart dövründə "Muğanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 20 milyon 71 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 221 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 850 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 834 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırıb. Beləliklə, Muğanbank 1-ci rübü 3 milyon 16 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə "Muğanbank"ın cəmi əməliyyat gəlirləri 15 milyon 600 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 907 min manat, əməliyyat mənfəəti 1 milyon 693 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 99 min manat ehtiyatlara ayrıdığından həmin dövrü 1 milyon 593 min manat xalis mənfəət ilə bağlamışdı.
31 Mart 2022-ci il tarixində Muğanbankın cəmi aktivləri 662 milyon 636 min manat təşkil edib. Bank ötən ilin sonunda 708 milyon 452 min manat cəmi aktivlərə malik idi. Aktivlərin həcmində dəyişiklik Muğanbankın digər banklardakı depozitlərinin vaxtının başa çatması ilə əlaqədardır.
2021-ci ilin sonu ilə müqayisədə Muğanbank tərəfindən müştərilərə verilmiş kreditlər 19 milyon 544 min manata artaraq 420 milyon 605 min manata çatıb.
31 Mart 2022-ci il tarixində "Muğanbank"ın cəmi depozit portfeli 325 milyon 457 min manat təşkil edib ki, bunun da 279 milyon 361 min manatını fiziki şəxslərin depozitləri olub. Ötən ilin sonunda Muğanbankın cəmi depozit portfeli 396 milyon 852 min manat təşkil etmişdi. Bankın cəmi depozit portfelində dəyişiklik hesabat tarixinə hüquqi şəxslərin carı hesablarda olan qalıqlarla bağlıdır.

31 Mart 2022-ci il tarixinə "Muğanbank" məcmu kapitalı 105 milyon 184 min manat (ötən ilin sonu ilə müqayisədə 3 milyon 318 min manat çox) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR