Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 milyard 899,4 milyon manat təşkil edib.
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcə xərcləri isə 15 milyard 334,8 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 27,4 %, büdcə xərcləri isə 12,1 % artıb. Nəticədə büdcədə 2 564,6 milyon manat qalıq yaranıb. Bu isə ötən ilə nisbətən 7 dəfə çoxdur.