Dünya Bankı qlobal ticarətin artımı üzrə proqnozlarını kəskin azaldıb

Dünya Bankı qlobal ticarətin artımı üzrə proqnozlarını kəskin azaldıb
# 09 oktyabr 2019 15:29 (UTC +04:00)

Dünya Bankı 2019-cu ildə qlobal ticarətin artımı üzrə proqnozlarını kəskin azaldıb.

APA-Economics”in Dünya Bankının dərc etdiyi yeni hesabata istinadən verdiyi məlumata görə, 2019-cu ildə dünya üzrə ticarətin artım tempi 1,5% təşkil edəcəyi gözlənilir. Halbuki iyun proqnozunda bank bu göstəricinin 2,6% səviyyəsində olacağını proqnozlaşdırırdı ki, bu da qlobal maliyyə böhranından sonra ən aşağı göstərici idi.

Dünya Bankının iqtisadçıları 2020-ci ildə dünya ticarətinin artım tempinin 2% (iyun proqnozu – 3,2%), 2021-ci ildə isə 2,6% (iyun proqnozu – 3,2%) olacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR