Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru dəyişib

Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru dəyişib
# 05 iyun 2023 14:15 (UTC +04:00)

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru dəyişib.

Bu barədə "APA-Economics"ə Bankdan bildirilib. Məlumata görə, hazırki direktor Sebastian Molineus səlahiyyət müddəti iyulun 1-də başa çatır. O, fəaliyyətini Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktoru kimi davam etdirəcək. Onun yerinə isə Dünya Bankının Ruada üzrə ölkə meneceri Rolande Pryce təyin edilib.

Yamayka vətəndaşı olan Rolande Price 2006-cı ildə Dünya Bankı qrupuna hüquq üzrə müşavir kimi qoşulub. Bankı Latın Amerikası və Karib hövzəsi, eləcə də Afrika və Sakit Okean adalarında əməliyyatlarda təmsil edib və maliyyə sahəsində hüquqi məsləhət dəstəyi verib.

Qeyd edək ki, S.Molineus 2002-ci ildə Beynəlxalq Maliyyə Korporasiyasına qoşulub və burada o, Rusiyada və Moskvada, sonra isə Qahirədə yerləşən Yaxın Şərq və Şimali Afrika regionunda korporativ idarəetmə islahat proqramlarını idarə edib. 2008-ci ildə o, Vaşinqtonda Dünya Bankında maliyyə və özəl sektorun inkişafına cavabdeh olan Baş Əməliyyatlar Mütəxəssisi kimi işə başlayıb, 2012-ci ildə Kapital Bazarları üzrə Qlobal Təcrübə üzrə Təcrübə Meneceri olub. Sebastian Molineus 2014-cü ildə Maliyyə və Bazarlar üzrə Qlobal Təcrübə Direktoru vəzifəsinə təyin edilib və 2018-ci ildə Maliyyə, Rəqabət Qabiliyyəti və İnnovasiya Qlobal Təcrübəsi üzrə Direktor olub. Dünya Bankı Qrupuna qoşulmazdan əvvəl o, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında Maliyyə, Fiskal və Müəssisə İşləri Departamentində işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR