Elman Rüstəmov: "Azərbaycan və Türkiyə valyuta svopu haqda danışıqlar aparmır"

Elman Rüstəmov

© APA | Elman Rüstəmov

# 28 yanvar 2022 12:36 (UTC +04:00)

Azərbaycan və Türkiyə Mərkəzi Bankları valyuta svopu haqqında danışıqlar aparmır.

"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Xatırladaq ki, Türkiyə hökumətindəki mənbələrə görə, TMB yaxın həftələrdə Azərbaycanla 1 mlrd. avro dəyərində (1,14 mlrd. dollar) valyuta svopu müqaviləsini imzalayacaq. Analoji müqavilə artıq TMB ilə BƏƏ arasında imzalanıb (64 mlrd. lira və 18 mlrd. dirhəm). "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bildirmişdi ki, mümkün müqavilə siyasi motivli hesab edilir və AMB-nin beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaltmayacaq.

Valyuta svopu bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılmasıdır. Bu növ svopda iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnələr razılaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR