"Goldman Sachs" işçilərindən buster dozası tələb edəcək

"Goldman Sachs" işçilərindən buster dozası tələb edəcək
# 28 dekabr 2021 17:18 (UTC +04:00)

"Goldman Sachs" transmilli investisiya bankı gələn ildən ABŞ ofislərindəki işçilərindən yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə buster dozasının vurulmasını tələb edəcək.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, fevral ayından başlayaraq peyvəndə qarşı əks göstərişi olmayan bütün əməkdaşlardan və ofislərin ziyarətçilərindən buster dozası tələb olunacaq. Bundan əlavə, yanvar ayından başlayaraq işçilərin həftədə iki dəfə COVID-19 testi verməyi icbari ediləcək.

Qeyd edək ki, son dövrdə ABŞ-da COVID-19-a gündəlik yoluxma halları 55% artaraq ortalama 205 minə çatıb. "Wall Street"də yerləşən bir neçə bank və investisiya şirkətləri yeni "Omicron" ştamının yayılması fonunda bayram yığıncaqlarını artıq ləğv edib və işçilərinə distant işləməyə göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR