Güzəştli kreditləşmənin həcmi kəskin artıb

Güzəştli kreditləşmənin həcmi kəskin artıb
# 05 avqust 2022 16:16 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində sahibkarların 1589 investisiya layihəsinin maliyyələşdirilməsinə 65,7 mln. manat güzəştli kredit verilib.

Sahibkarlığın İnkişafı Fondundan “APA-Economics”ə verilən məlumata görə, ötən ilə nisbətdə kreditləşmənin həcmi 53,1% və ya 22,8 mln. manat artıb. Verilən kreditlərin hesabına 1607 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə güzəştli kredit mexanizmi çərçivəsində 774 layihə maliyyələşdirilib və bu məqsədlə 42,9 mln. manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR