Hesablama Palatası “Büdcə zərfi”ndə bir sıra məsələlər üzrə dəyişiklikləri zəruri sayır

Hesablama Palatası “Büdcə zərfi”ndə bir sıra məsələlər üzrə dəyişiklikləri zəruri sayır
# 31 may 2023 12:51 (UTC +04:00)

“2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan sənədlərin siyahısı əvvəlki illərlə müqayisədə nisbətən artırılıb, izah və məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində addımlar atılıb”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, məlumatlılığın artırılması fonunda mövcud qanunvericilik, qabaqcıl təcrübə, həmçinin, qarşıdakı dövr üçün bəyan edilən hədəflər nəzərə alınmaqla, Hesablama Palatası “Büdcə zərfi”ndə bir sıra məsələlər üzrə dəyişikliklərin zəruri olduğu qənaətindədir: “Belə ki, büdcə-vergi siyasətinin icrasının nəticələrinin konkret tədbirlər və kəmiyyət hədəfləri, vergi güzəştlərinin səmərəliliyinin müqayisəli qiymətləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə yönəldilən vəsaitlər və uzlaşma barədə məlumatların büdcə sənədləşməsinə daxil edilməsi bir tərəfdən fiskal siyasətin icrasının nəticəliliyinin ölçülməsinə, digər tərəfdən beynəlxalq qiymətləndirilmələrdə mövqeyimizə müsbət təsir edər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR