İcbari tibbi sığorta xidmətlərinin ƏDV-dən azad edilmə müddəti artırılır

İcbari tibbi sığorta xidmətlərinin ƏDV-dən azad edilmə müddəti artırılır
# 28 dekabr 2021 15:52 (UTC +04:00)

İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti artırılır.

APA-nın məlumatına görə, bununla əlaqədar Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azaddır. Layihəyə əsasən, bu müddət 1 il artırılır. Başqa sözlə, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR