İki bankın əmlakları hərraca çıxarılır

İki bankın əmlakları hərraca çıxarılır
# 04 aprel 2023 13:09 (UTC +04:00)

2023-cü il 27 aprel saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” və “Gəncəbank” ASC-nin balansındakı daşınmaz əmlaklar açıq hərraca çıxarılacaq.

APA-Economics” bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir.

Qeyd edilir ki, söhbət “Texnikabank”a məxsus Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 32A yerləşən 278,9 kv.metrlik qeyri-yaşayış binasından və “Gəncə Bank”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, b. 247 ünvanında yerləşən 75,2 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir. “Texnikabank”ın əmlakı 420 min manata, "Gəncə Bank"ın əmlakı isə 185 min manata qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR