Bank Of Baku

Qoşqar Təhməzli: Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli

© APA | Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli

# 16 oktyabr 2026 11:48 (UTC +04:00)

Evdə hazırlanan konserv məhsullarına sertifikatlaşdırma tələbinin tətbiq olunacağı barədə məlumat yanlışdır.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dövlət Proqramında ev şəraitində hazırlanan qida məhsullarının, o cümlədən konservləşdirilmiş məhsulların sanitar-gigiyenik qaydalara uyğun hazırlanması nəzərdə tutulur.

“Biz ailə təsərrüfatlarını, eləcə də fermer və kəndli təsərrüfatlarını bu sahədə maarifləndirəcəyik və müxtəlif dövlət qurumları ilə birgə müvafiq işlər aparacağıq ki, bu kimi halların qarşısı alınsın.

Eyni zamanda, ailə təsərrüfatlarında, fermer və kəndli təsərrüfatlarında qida məhsulları hazırlana bilər. Lakin bu məhsullar kütləvi istifadəyə verildikdə onların düzgün qablaşdırılması və etiketlənməsi, həmçinin saxlanma temperaturu və müddəti barədə məlumatlar məhsulun üzərində göstərilməlidir. Əks halda, həmin məhsullar insanların sağlamlığı üçün ciddi problemlər yarada bilər”, – deyə AQTA sədri bildirib.

“Evdə hazırlanan müxtəlif konserv məhsullarının hazırlanması zamanı sanitar-gigiyenik qaydalara düzgün əməl olunmaması və həmin məhsulların sonradan kütləvi qidalanmada istifadəsi insanlar arasında qida zəhərlənmələrinə səbəb olur. Bununla əlaqədar məsələlər Dövlət Proqramında da nəzərdə tutulub”, – deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR