İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş 12 şirkətdən 8-də potensial dividend ödəmə imkanları yaranıb

İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş 12 şirkətdən 8-də potensial dividend ödəmə imkanları yaranıb
# 17 mart 2023 11:17 (UTC +04:00)

“2020-ci ildə Prezident Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Holdinqin qarşısına qoyulmuş dövlət şirkətlərinin və müəssisələrinin korporativ prinsiplər əsasında idarə olunması, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, maliyyə sağlamlığının yaxşılaşdırılması məqsədlərinə nail olmaq üçün ötən müddət ərzində əsaslı işlər görülüb”.

APA-nın xəbərinə görə, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.

Baş nazir deyib ki, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinin korporativ idarəetmə sistemində, maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilib: “Portfel Şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 52%, EBİTDA göstəricisi 85% artıb və 12 şirkətdən 8-də potensial dividend ödəmə imkanları yaranıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR