İyulda qeyri-neft ixracı 17 faizdən çox artıb

İyulda qeyri-neft ixracı 17 faizdən çox artıb
# 09 avqust 2022 15:28 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracı 1 682,13 mln. ABŞ dolları təşkil edib.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib. O qeyd edib ki, bu da ötən ilin yeddi ayı ilə müqayisədə 24,2% çoxdur.

Təkcə iyul ayında isə qeyri-neft ixracımızın ümumi məbləği 224,64 mln. dollara bərabər olub, bu da illik ifadədə 17,2%-lik artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR