Jurnalistlər üçün həyat sığortası mövzusunda təlim keçirilib

Jurnalistlər üçün həyat sığortası mövzusunda təlim keçirilib
# 03 fevral 2023 17:30 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun təşkilatçılığı ilə ölkədə müxtəlif əhali qrupları arasında sığorta maarifləndirməsinin təmin olunması məqsədilə media nümayəndələri üçün növbəti təlim keçirilib.

"APA-Economics" xəbər verir ki, bu dəfəki təlimdə jurnalistlərə həyatın yaşam sığortası növünün üstünlükləri və özəllikləri ətraflı şəkildə izah olunub. Adı çəkilən sığorta növünün təhsil haqqı, biznes üçün ilkin sərmayə, ipoteka üçün ilkin ödəniş və s. kimi istiqamətlər üzrə daşıdığı vacib əhəmiyyətindən danışılıb.

Müxtəlif informasiya agentlikləri, televiziya və radio kanallarından ümumilikdə 20 jurnalistin iştirak etdiyi təlimin sonunda media nümayəndələrinə sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR