Kamal Koloğlu: Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 6,4 mlrd. dollara çatıb

Kamal Koloğlu: Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 6,4 mlrd. dollara çatıb
# 01 fevral 2023 16:27 (UTC +04:00)

Azərbaycanla Türkiyənin ticarət dövriyyəsinin həcmi neft-qaz ixracı daxil olmaqla 2022-ci ildə 6,4 milyard dollara yüksəlib.

"APA-Economics" xəbər verir ki, bunu DEİK Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının sədri Kamal Koloğlu deyib.

O bildirib ki, bu dövrdə neft-qaz istisna olmaqla Türkiyənin Azərbaycana ixracı 2,8 milyard dollara, Azərbaycanın ixracı isə 0,7 milyard dollara bərabər olub. Kamal Koloğlu neft-qaz məhsullarının iki ölkənin ticarət dövriyyəsində böyük paya sahib olduğunu qeyd edib.

"Qeyri-neft sektoru üzrə Azərbaycandan Türkiyəyə ixrac edilən əsas mallar daha çox pambıq, pambıq ipliyi, alüminium və gübrədir. Türkiyədən Azərbaycana isə daha çox elektron avadanlıqlar, məişət avadanlıqları, tibbi cihazlar, dərman məhsulları və mebel ixrac edilir" -deyə Kamal Koloğlu əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR