“Meqa Sığorta” ötən il 7% kiçilib, xalis mənfəəti azalıb - HESABAT

“Meqa Sığorta” ötən il 7% kiçilib, xalis mənfəəti azalıb - HESABAT
# 31 mart 2023 09:32 (UTC +04:00)

“Meqa Sığorta” ASC 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, sığorta şirkəti ötən il 3,8 mln. manat xalis mənfəətlə başa vurub və bu da əvvəlki illə müqayisədə 2,5% azdır. Belə ki, sığorta şirkəti 2021-ci ildə 3,9 mln. manat xalis mənfəət açıqlamışdı.

Hesabat müddətində sığorta şirkətinin cəmi əməliyyat gəlirləri 8,9% azalaraq 23.5 mln. manata, o cümlədən cəmi əməliyyat xərcləri 10,5% azalaraq 18.79 mln. manata, əməliyyat mənfəəti 3,9% azalaraq 4.71 mln. manata enib.

Ötən il “Meqa Sığorta”nın topladığı sığorta haqları bir il əvvələ nisbətən 14.3% azalaraq 21.13 mln. manata enib, sığorta ödənişləri isə əksinə, illik müqayisədə 26.8% artaraq 6.8 mln. manata yüksəlib.

Sığorta şirkəti 933,9 min manat mənfəət vergisi ödəyib ki, bu da 2021-ci ilə nisbətən 4,8% azdır.

Ötən il “Meqa Sığorta”6,6% kiçilib. Belə ki, bu il yanvarın 1-nə sığorta şirkətinin cəmi aktivləri 43,512 mln. manata kimi azalıb. 2021-ci ildə isə sığorta şirkətinin cəmi aktivləri 46,699 mln. manata bərabər olub. Şirkətin cəmi kapitalı 9% artaraq 30,392 mln. manata yüksəlib, cəmi öhdəlikləri isə 30,3% azalaraq 13,119 mln. manata enib.

Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilib və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR