Mərkəzi Bankdan sığorta agentlərinin icbari avtosığorta ilə bağlı etirazına - CAVAB

Mərkəzi Bankdan sığorta agentlərinin icbari avtosığorta ilə bağlı etirazına - CAVAB
# 17 mart 2023 11:23 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı avto-icbari sığorta şəhadətnamlərinin satışı üzrə sığortaçılar tərəfindən sığorta agentlərinə komissiya ödənilməsinin sıfırlanması barədə qaldırılan məsələyə münasibət bildirib.

"APA-Economics"in sorğusuna cavab olaraq Mərkəzi Bankdan qeyd edilib ki, sığorta bazarının mühüm iştirakçılarından biri olan sığorta vasitəçiləri institutunun inkişafı Mərkəzi Bankın sığorta sektorunun inkişaf strategiyasının hədəflərindən birini təşkil edir. Sığorta vasitəçiləri sığorta bazarının diversifikasiyası, sığorta xidmətlərinin satış kanallarının genişlənməsi, əhalinin və biznes nümayəndələrinin sığorta savadlığının yüksəlməsi, bütövlükdə sığorta bazarının iqtisadiyyatda nüfüzetmə göstəricisinin dərinləşməsi baxımından mühüm rola malikdirlər.

Sığorta vasitəçilərinin, o cümlədən sığorta agentlərinin sığorta bazarının genişlənməsində rolunun gücləndirilməsi məqsədilə onların sayının artması, habelə onların müasir bilik və bacarıqlarının inkişafı Mərkəzi Bankın prioritet verdiyi istiqamətlərdən biridir.

Son 3 ildə Mərkəzi Bank tərəfindən 111 sığorta vasitəçisinə, o cümlədən 97 sığorta agentinə müvafiq lisenziya verilmişdir. Sığorta vasitəçilərinin bazarda rolunun daha ətraflı qiymətləndirilməsi imkanının yaradılması məqsədilə onların Mərkəzi Banka hesabatlığı formaları zənginləşdirilmişdir. Sığorta vasitəçilərinin müasir bilik və bacarıqlara yiyələnməsi üçün digər maraqlı tərəflərlə birlikdə geniş, intensiv tədris və inkişaf proqramlarının həyata keçirilməsi planlaşdırılıb.

Vurğulanıb ki, sığorta bazarının digər iştirakçıları kimi sığorta vasitəçilərinin də bazarın dinamik dəyişən şərtlərinə, xüsusilə rəqəmsal texnologiyaların sürətli tətbiqi şəraitində sürətlə yenilənən bazar imkanlarına və biznes çağırışlarına çevik uyğunlaşmaları vacibdir. Hazırda sığorta bazarının genişlənməsi potensialının reallaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən həyata keçirilən strategiya sığorta vasitəçilərinin inkişafı üçün də yeni imkanlar yaradacaq.

"Sığorta məhsullarının satışı üzrə xidmətlərinə görə sığorta vasitəçilərinə ödənilən komisyon muzdlar bazar prinsipləri, sığortaçı ilə sığorta vasitəçiləri arasında sərbəst razılaşma yolu ilə bağlanan müqavilə əsasında formalaşır. Qanun çərçivəsində bağlanan müqavilə şərtlərinin formalaşdırılmasında tərəflər sərtbəstdirlər" - AMB-nin açıqlamasında əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR