Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankı

© APA | Azərbaycan Mərkəzi Bankı

# 01 iyul 2022 13:30 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2022-ci il iyulun 1-nə 1,9% artaraq 7 milyard 371,9 milyon dollara yüksəlib.

Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib.

Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə isə 4,2 % artıb. Belə ki, 2021-ci ilin sonunda AMB-nin valyuta ehtiyatları 7 milyard 72,7 milyon dollar təşkil etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR