Mikayıl Cabbarov: "Ötən il vergi daxilolmaları proqnozu 17,7% üstələyib"

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 18 yanvar 2022 12:33 (UTC +04:00)

2021-ci ildə vergi daxilolmaları 15,5% artaraq 8,5 mlrd. manat təşkil edib və proqnoz 117,7% səviyyəsində icra olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13,5% artaraq 6,4 mlrd. manat olub və proqnoz 112,2% səviyyəsində yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR