Nazir: “Hökumət ÜDM-i tam bərpa edəcəyimizi gözləmirdi”

Nazir: “Hökumət ÜDM-i tam bərpa edəcəyimizi gözləmirdi”
# 25 may 2022 14:16 (UTC +04:00)

“Bizim ümumdaxili məhsulumuz nominal ifadədə əhəmiyyətli dərəcədə artıb”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, proqnozda 75 milyard manat nəzərdə tutulmuş ümumdaxili məhsul (ÜDM) nominal ifadədə 92 milyard manata çatıb: “Bu, çox yaxşı göstəricidir. Digər məsələ real artımdır. Real artım 3,4 % proqnozlaşdırılmışdı, amma real artım 5 %-dən çox olub. Hökumət 2021-ci il ərzində ÜDM-i tam bərpa edəcəyimizi gözləmirdi. Gözləmirdik, amma bu, baş verdi. Proqnozlar elə-belə ərsəyə gəlmir. Vaxtilə beynəlxalq məsləhətçiləri də cəlb etmişdik. Qeyri-neft sektoru ilə bağlı proqnozlar üzərində biz çalışırıq. Çünki bir qurum bir söz, başqa qurum başqa söz deyir. Ona görə də biz bunun qaydasını müəyyən etməyə çalışdıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR