Neft Fondundan dövlət büdcəsinə transfert 1 mlrd. manatdan çox azaldılır

Dövlət Neft Fondu

© APA | Dövlət Neft Fondu

# 20 iyun 2022 12:22 (UTC +04:00)

“Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 1192,5 milyon manat məbləğində azaldılır”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Samir Şərifov qeyd edib ki, həmin gəlirlər əlavə neft gəlirləri hesabına əvəzləşdirilir. Bu da Dövlət Neft Fondunun aktivlərinin daha da artımını şərtləndirəcək: "Beləliklə, transfertin 1192,5 milyon manat məbləğində azaldılması nəticəsində Dövlət Neft Fondundan dövlət büdcəyə transfert 11 milyard 518 milyon manat təşkil edəcək. Bu da təsdiq olunmuş göstərici ilə müqayisədə 9,4 faiz azdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR