NMR-də əsas kapitala yönələn vəsaitin həcmi artıb

NMR-də əsas kapitala yönələn vəsaitin həcmi artıb
# 23 may 2022 09:12 (UTC +04:00)

Naxçıvan Dövlət Statistika Komitəsi muxtar respublika üzrə əsas kapitala yönələn vəsaitin həcmini açıqlayıb.

"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-aprel aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 297,43 mln. manat vəsait yönəldilib.
Bu göstərici 2021-ci ilin müvafiq göstəricidən 1,3% çoxdur.

Əsas kapitala yönəldilən vəsaitin 287,36 mln. manatı və ya 96,6%-i tikinti-quraşdırma işlərinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR