Novogratz: Kriptovalyutalar yenidən yüksəlməyə başlayacaq

Novogratz: Kriptovalyutalar yenidən yüksəlməyə başlayacaq
# 04 oktyabr 2022 14:31 (UTC +04:00)

“Galaxy Digital Holdings Ltd.”nin milyarder qurucusu Mike Novogratz kriptovalyutalarla bağlı proqnoz verib.

APA-Economics” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Novogratz agentliyinin əməkdaşı Haslinda Aminə Sinqapurda keçirilən konfransda verdiyi müsahibədə bu barədə danışıb.

“ Federal Ehtiyat Sistemi (FED) mövcud aqressiv monetary siyasətindən vaz keçtiyi andan etibarən kriptovalyutaların qiyməti yenidən artmağa başlayacaq”, - deyə Novogratz bildirib. Milyarder, “2022-ci ildə kriptovalyuta bazarındakı çöküşün bir çox hedge fondu batıracağını, şirkətinin yeni işçi alınmasında ehtiyatlı davranacağını, De Kwonun yarattığı Terraform layihəsinin iflas etməsinin kriptosənayeyə böyük dərs olduğunu” sözlərinə əlavə edib.

Qeyd edək ki, De Kwon Terra ekosisteminin çökməsi səbəbilə İnterpol tərəfindən axtarışa verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR