OECD ölkələrində inflyasiya 25 illik maksimuma çatıb

OECD

© APA | OECD

# 11 yanvar 2022 16:11 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə istehlakçı qiymətləri ötən ilin noyabr ayında illik müqayisədə 5,8% artıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, 1996-cı ilin may ayından bəri qeydə alınan ən yüksək illik inflyasiya göstəricisidir. Oktyabrda bu göstərici 5,2%-ə, sentyabrda isə 4,6%-ə bərabər idi.

Noyabrda enerji qiymətlərinin artımı 1980-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə – oktyabrdakı 24,3%-dən 27,7%-ə qədər sürətlənib, ərzaq məhsullarının qiymətlərinin artımı isə 4,6%-dən 5,5%-ə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR