Ölkəyə göndərilən pul baratlarının həcmi 3.3 dəfə artıb

Ölkəyə göndərilən pul baratlarının həcmi 3.3 dəfə artıb
# 15 sentyabr 2022 16:41 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2.1 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilib.

APA-Economics” Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, daxilolmalar 1.7 mlrd. dollar, ödənişlər isə 0.4 mlrd. dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 96.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 2.1%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.2%- ni isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 3.3 dəfə artaraq 1.6 mlrd. dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 17.4% artaraq 0.3 mlrd. dollar olub. Nəticədə pul baratları üzrə 1.3 mlrd. dollar müsbət saldo yaranıb.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 1.3 mlrd. dollarlı (5.9 dəfə artım) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR