Ötən il Azərbaycanda sığorta bazarı 15% böyüyüb

Ötən il Azərbaycanda sığorta bazarı 15% böyüyüb
# 24 yanvar 2023 16:25 (UTC +04:00)

2022-ci ildə Azərbaycanda sığorta yığımları əvvəlki ilə nisbətən 15% artaraq 970,823 milyon manata yüksəlib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən il sığorta şirkətlərinin ümumi ödənişlərinin həcmi isə 433,202 milyon manat təşkil edib. Başqa sözlə, ötən il sığorta ödənişləri 2021-ci ilə nisbətən 5,6% azalıb.

Nəticədə, sığorta bazarının ümumi zərərliliyi 18% azalıb. Belə ki, ötən il toplanan hər 100 manat sığorta haqqının 44,6 manatı ödənişə yönəldilibsə, 2021-ci il üzrə bu göstərici 54,4 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR