“PAŞA Bank” ASC-nin səhmdarlarından biri dəyişib.
"APA-Economics" Banka istinadən xəbər verir ki, “Ador” MMC-nin 28,17%-lik payını “Bless” MMC əldə edib.
Bankın digər səhmdarları üzrə pay bölgüsü dəyişməyib. Hazırda bankın səhmlərinin 56,82%-i “PAŞA Holdinq” MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə aiddir.
Qeyd edək ki, “Ador” MMC “Bless” MMC-ə qoşulmaqla ləğv edilib.