Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri artıb

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri artıb
# 15 sentyabr 2022 16:58 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında portfel investisiyaları üzrə daxilolmalar 10.7 mln. ABŞ dolları, ödənişlər isə 444.6 mln. dollar təşkil edib.

APA-Economics” Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 280.5 mln. dollar artıb, xalis maliyyə öhdəlikləri isə 153.4 mln. dollar azalıb. Nəticədə portfel investisiyaların axınları üzrə 433.9 mln. dollar mənfi saldo yaranıb.

Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən dövlət (51.2 mln. dollar), bank (55.6 mln. dollar) və digər (168.9 mln. dollar) sektorların və kapitalda iştiraka təminat verən qiymətli kağızların (4.8 mln. dollar) hesabına artıb. Öhdəliklər isə dövlət (1.4 mln. dollar), bank (102.1 mln. dollar) və digər (49.9 mln. dollar) sektorların hesabına azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR